Sabah paytaxtın bəzi yerlərində qaz olmayacaq

Sabah paytaxtın bəzi yerlərində qaz olmayacaq
Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 17 aprel tarixdə saat 10.00-dan "Zabrat-2" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Xəzər rayonunun Buzovna və Albalılıq, Sabunçu rayonunun isə Zabrat, Maştağa və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə