Millət vəkilləri Qənirə Paşayeva və Sahibə Qafarova Türkiyəyə gedəcək
Milli Məclisin (MM) üzvü Qənirə Paşayeva "Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları" mövzusunda konfranslarda iştirak etmək üçün aprelin 16-dan 21-dək Türkiyədə səfərdə olacaq. Bu barədə SİA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.
Q.Paşayeva qardaş ölkənin Bodrum, Antalya, Ankara və İstanbul şəhərlərində keçiriləcək konfranslarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktları bir daha diqqətə çatdıracaq. O, tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif materiallar və broşürlər yayacaq.
Milli Məclisin deputatı Sahibə Qafarova isə aprelin 17-dən 19-dək Rusiya Federasiyasında səfərdə olacaq. O, AŞPA-nın xətti ilə Sankt-Peterburq şəhərində keçiriləcək "İnsan alverinə qarşı mübarizə" mövzusunda dəyirmi masaya qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB