GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək
10 aprel 2012-ci il tarixində Bakı şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcəkdir. Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də "GUAM +" formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Xatırladırıq ki, Azərbaycan Respublikası 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da Sədrlik funksiyalarını öz üzərinə götürmüşdür. Görüşdə Azərbaycan tərəfini AR Xarici İşlər Nazirinin müavini cənab Araz Əzimov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB