\"Erməni soyqırımı yoxdur\" deyən nazirə cinayət işinin açılması mümkün olmadı
İsveçrənin Sürix kantonunun (ərazi vahidi) prokurorluğu \"erməni soyqırımı\"nı inkara görə cəzanın mövcud olduğu bu ölkədə \"erməni soyqırımı yoxdur!\" deyən Türkiyənin Avropa Birliyi ilə əlaqəlar naziri Egemen Baxış barədə cinayət işi açmaqdan daşınıb.
\"CNN-türk\"ə istinadən verilən xəbərə görə, buna səbəb E.Baxışın İsveçrədə olduğu müddətdə, xüsusən də bu bəyanatı verən zaman diplomatik təhlükəsizliyə malik olmasıdır.
Qeyd edək ki, bir müddət əvvəl İsveçrənin Surix kantonunun prokurorluğu Türkiyənin Avropa Birliyi ilə əlaqələr naziri E.Baxışla bağlı ilkin tədqiqatlara başlamışdı. Bununla bağlı açıqlamanı sözügedən ərazinin baş prokuroru Kristin Braunşveyq vermişdi. O bildirmişdi ki, E.Baxışla bağlı İsveçrənin Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə cinayət işi açılması üzrə proses gedir. Ölkənin Xarici İşlər Nazirliyinə müvafiq sorğu göndərilmişdi. Həmin sorğu Sürixdə olan türkiyəli nazirin toxunulmazlıq hüququnun olub-olmadığına aydınlıq gətirmək məqsədi daşımışdı.
Onu da deyək ki, türkiyəli nazir İsveçrənin Sürix şəhərində olarkən bildirib ki, hər yerdə, o cümlədən erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan ölkələrdə də belə bir soyqırımın olmadığını deyə bilər: \"İsveçrədəyəm və bəyan edirəm ki, 1915-ci il hadisələri soyqırım olmayıb. Qoy, gəlib məni tutsunlar. Bu qanun işləmir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB