Azərbaycan Prezidenti Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Görüşdə Azərbaycan-Avropa Birliyi çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə