Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur və həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.
"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin ötən iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 89 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 263,3 min kilovatsaatdan artıq (bunun 66,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 15,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin fevral ayında isə 47 qayda pozuntusuna görə 137,2 min kilovatsaata yaxın (bunun 34,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 8,2 min manatdan artıq istehlak dəyəri bərpa edilib və hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, 2011-ci il ərzində isə burada 700-dən artıq qayda pozuntusu aktı tərtib olunub, 2 milyon 214,2 min kilovatsaata yaxın (bunun 687,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 132,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Quba EŞ-də isə, cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 137 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 359,8 min kilovatsaata yaxın (bunun 43,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 21,5 min manatdan artıq istehlak dəyəri bərpa edilıb. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin fevral ayında isə 60-dan artıq qayda pozuntusuna görə 215,9 min kilovatsaata yaxın (bunun 23,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 12,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.
Məlumat üçün bildirək ki, burada ötən il ərzində keçirilmiş reydlər zamanı 940-dan artıq istehlakçının qayda pozması faktı aşkar edilərək 2 milyon 878,4 min kilovatsaatdan artıq (bunun 501,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 172,7 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB