Daşnak deputat: “Hər il Ermənistandan 40-50 min nəfər köçür”

Daşnak deputat: “Hər il Ermənistandan 40-50 min nəfər köçür”

Ermənistan parlamentində təmsil olunan müxalif Daşnaksütun Partiyasının qadın nümayəndəsi Lilit Qalstyan hakim Respublika Partiyasını ölkəni idarəetmədə məsuliyyətli olmağa çağırıb. Erməni saytlarına istinadən verilən xəbərə görə, gələcək seçkilərdə partiyaların iştirakına həsr olunan siyasi müzakirələrə həsr olunan tədbirdə depuatat rəsmi Yerevanı bir çox məsələdə ittiham edərək rəhbərliyi insanları güdməməkdə, əksinə, idarəetmədə yaranmış problemlərlə bağlı suallara cavab verməyə çağırıb.


Qalstyan bildirib ki, iqtidar hər şeyin guya normal olduğunu bəyan edir: "Yaxşı dedikləri ölkədən hər il 40-50 min adam köçməzdi. Prezident də daxil olmaqla siyasi rəhbərlik əxlaqdan danışmağı xoşlayır. Amma bunlar yalnız sözdədir, əməldə yox".


Qadın millət vəkili Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığından danışaraq ölkənin səfalət işində olduğunu, emiqrantların sayının artdığını bildirib.


Lilit Qalstyan hakimiyyəti seçki alverində də suçlayıb: "Əgər bir adama 35 min dram (təxminən 90 dollar) maaş verirlərsə, onları ələ almaq onlar üçün çox asandır".


Qeyd edək ki, siyasi müzakirələr ABŞ-ın Milli Demokratiya İnstitunun təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə