Nüfuzlu \"The Korea Post\" jurnalı Prezident İlham Əliyevin fəaliyyətini geniş işıqlandırıb

Nüfuzlu \"The Korea Post\" jurnalı Prezident İlham Əliyevin fəaliyyətini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 26-27-də Koreya Respublikasına işgüzar səfəri zamanı Koreya Respublikasının müxtəlif nüfuzlu nəşrləri Azərbaycan Respublikasına və Prezident İlham Əliyevin fəaliyyətinə böyük maraq göstəriblər.

SİA-nın AzərTAc-a istinadən yaydığı məlumata görə, Koreya Respublikasında 1985-ci ildə təsis edilən və ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu \"The Korea Post\" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevin fotoşəkli ilə birgə geniş tərcümeyi-halını dərc edib.

Jurnalda Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə