Əli Həsənov: \"Azərbaycanda sərbəst toplaşma azadlığına şərait yaradılmaması ilə bağlı fikirlər cəfəngiyyatdır\"
\"Müxalif dairələrin Azərbaycanda guya sərbəst toplaşma azadlığına şərait yaradılmaması ilə bağlı fikirləri yalnız cəfəng ideyalardır\". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və burada hüquqi normalar hər şeydən üstün tutulur: "Qanuni aksiyalara dövlət şərait yaradır, həmin aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunur, qeyri-qanuni aksiyaların isə qarşısı alınıb, alınır və bundan sonra da alınacaq".
PA rəsmisi qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq Azərbaycanın konstitusion normalarıdır: "Azərbaycanda demokratik şərait mövcuddur, kütləvi informasiya vasitələri, o cümlədən radiolar, televiziyalar və siyasi partiyalar azad şəkildə fəaliyyət göstərirlər. Siyasi partiyaların keçirdikləri bütün tədbirlər üçün də şərait yaradılıb".
Qeyd edək ki, bu gün 9 gənclər təşkilatı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə paytaxtın Səbayil rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydanda mitinq təşkil olunacaq. Mitinqdə əsasən AXCP, VHP, Müsavat, ADP, həmçinin "Azad gənclik", "Nida", "Dalğa", "Müsbət Dəyişiklik", "İnsan Haqları" gənclər təşkilatlarının fəalları və bitərəf gənclər iştirakı edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB