Ermənilər Milli Ordumuzun əsgərini yaralayıb

Ermənilər Milli Ordumuzun əsgərini yaralayıb

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qazax rayonunun Ermənistan silahlı qüvvələrinin mövqələrindən atəşə tutulması nəticəsində Milli Ordunun əsgəri İsayev Elşən Tərlan oğlu yaralanıb.

O, hospitala yerləşdirilib. Əsgərin vəziyyəti stabildir. İsayev 2011-ci ildə Quba rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə