Kiprdə təhsil alan azərbaycanlı tələbələr Novruz bayramını qeyd edəcək
Mart ayının 20-i Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələr Novruz bayramı ilə bağlı gecə təşkil edəcəklər. Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru Məjid Haşhemipour tələbələrin həmin gecəyə necə hazırlaşdıqlarını seyr edən zaman bu sözləri səsləndirib. "Azərbaycanlı tələbələrimiz öz ölkələrinin mədəniyyət və tarixini, milli bayramlarını təbliğ etmək məqsədi ilə əllərindən gələni etməyə çalışır, bunun üçün müxtəlif gecələr təşkil edirlər. Bununla da onlar universitetimizdə təhsil alan 68 müxtəlif ölkə vətəndaşlarına asanlıqla öz səslərini çatdırmış olurlar".
Məjid Haşempior qeyd edib ki, Novruz bayramı gecəsinə Azərbaycan estradasının tanınmış sənətçiləri Elnarə Xəlilova və Lalə Məmmədova dəvət edilib: "Hər il ənənəvi olaraq tələbələrimizə öz milli bayramlarını qeyd etmək üçün şərait yaradırıq. Azərbaycanlı tələbələrimiz də bundan yararlanaraq hər il bir-birindən maraqlı Novruz bayramı gecələri təşkil edirlər. İnanıram ki, təşkil edilən gecəyə dəvət etdiyimiz sənətçilər Novruz bayramı gecəsinə xüsusi rəng qatacaq, maraqlı konsert proqramı ilə çıxış edəcək, həm biz müəllimləri, həm də tələbələrimizi əyləndirəcəklər".
Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru həmçinin qeyd edib ki, təşkil olunan gecə də Doğu Akdeniz
Universitetinin rektoru, professor Abdullah Öztopraq, həmin universitetin Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edərək, Novruz bayramı ilə bağlı öz təəssüratlarını bölüşəcəklər.
Bundan başqa o söyləyib ki, gecə zamanı Novruz adətlərinə həsr olunmuş video çarx göstəriləcək və Azərbaycanlı tələbələrin hazırladıqları milli rəqslərimiz nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB