Tahir Kərimli: “İsveçrədəki analoji qanunlar Azərbaycanda da qəbul olunmalıdır” - MÖVQE
Artıq Cenevrədə icazəsiz mitinq keçirənlər 110 min dollar cərimələnəcək. Bu barədə qanun İsveçrənin ikinci ən böyük şəhəri olan Cenevrədə keçirilmiş referendumun yekunlarına əsasən qəbul edilib. Azərbaycan Vəhdət Partiyasının sədri Tahir Kərimli SİA-ya açıqlamasında məsələyə münasibəti bu cür xarakterizə edib: "Birincisi, İsveçrə neytral və ilk baxışda siyasiləşməmiş dövlətlərdən biridir. Hətta, bu dövlət ikinci Dünya müharibəsi dövründə belə neytral qalmışdı. İkincisi, İsveçrə ən qabaqcıl demokratik dövlətlərdən sayılır. Üçüncüsü isə bu qanun referendum vasitəsilə qəbul edilib. Bu cərimənin tətbiqi onu göstərir ki, xalqın rahatlığı, dövlətin sabitliyi çox vacib bir məsələdir. Biz bunu son hadisələr olan \"Ərəb baharı\"nda gördük və şahidi olduq. Hər kəs arzu edir ki, hakimiyyət dəyişilsin. Amma hakimiyyət dəyişikliyi olduqdan sonra həmin dövlətlər bir növ cəhənnəmə çevrilib. Bu bir daha göstərir ki, istər Avropa, istərsə də müsəlman dövlətlərində ilk növbədə sabitlik başlıca qarant olaraq qalır".
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda da hər şey sabitliklə həll olunmalıdır. T.Kərimli: "Dövlət insanların isterik çıxışları, arzuları ilə deyil, əksinə dövlətin mənafeyinin önə çəkilməsi ilə yaşayır və inkişaf edir. Hesab edirəm ki, Azərbaycanda da icazəli və ya razılaşdırılmamış mitinqlərə getmək daha böyük problemlərə yol aça bilər. İsveçrə dövləti aydın başa düşür ki, referendum yolu ilə qəbul edilən konstitusiya və konstitusiya qüvvəli aktlar hər şeydən üstündür. Ona görə də analoji qanunlar Azərbaycanda da qəbul olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB