Azərbaycanın bəzi rayonlarında qaz məhdudiyyəti olacaq

Azərbaycanın bəzi rayonlarında qaz məhdudiyyəti olacaq

Qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 15.03.2012-ci il tarixdə Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-nin \"Azəriqaz\" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir ki, təmir işləri zamanı Zərdab şəhəri daxil olmaqla Qaravəlli kəndi, Ucar şəhəri daxil olmaqla Rəstəcə, Gəraybəyli, Qarabörk, Lək kəndlərinə, eyni zamanda Salyan şəhəri daxil olmaqla Babacanlı qəsəbəsinə, Çuxanlı, Arbatan, Kürkənd kəndlərinə və Neftçala rayonunun bütün kənd və qəsəbələrinə \"mavi yanacağ\"ın verilişində fasilələr yaranacaq.

Eləcə də martın 15-də saat 10:00-dan 18:00-dək Ucar, Zərdab və Lək qaz paylayıcı stansiyalarında, həmçinin təmir işlərinin aparılması məqsədi ilə saat 09:00-dan 16:00-dək \"Bəydilli\" qaz paylayıcı stansiyasından Neftçala və Salyan rayonlarını \"mavi yanacaq\"la təmin edən orta təzyiqli qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.

\"Azəriqaz\" İB Azərbaycan ərazisində qazın nəqli və satışı məsələləri ilə məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə