Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın baş naziri Vladimir Putin arasında telefon danışığı olub
Martın 5-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının baş naziri Vladimir Putinə telefon edib. Prezidentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İlham Əliyev Vladimir Putini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edərək ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
V. Putin təbrikə və diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik vurğulanıb.
İlham Əliyev V. Putini onun üçün münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB