Aydın Hüseynov: \"Yol infrastrukturu ilə bağlı məsələnin 80 faizi artıq yerinə yetirilib\" - MÜSAHİBƏ
"Azərbaycan respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Səs TV bu konfransla əlaqədar YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynovdan müsahibə alıb.
- Aydın müəllim, Regionların sosial inkişafına dair Dövlət Proqramının üçüncü mərhələsinin icrasını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci mərhələsi 2004-2008-ci illəri əhatə edir. İkinci proqram isə 2009-2013-cü illəri əhatə edir. İkinci dövlət proqramı birinci dövlət proqramının davamıdır. Xatırlatmaq istərdim ki, birinci dövlət proqramında əsas prioritet kimi qarşıya ölkənin elektrik enerji probleminin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması məsələsi qoyulmuşdu. Bununla belə bu iki amilin fonunda yeni iş yerlərinin yaradılması olub. Bu Proqramda 600 min iş yerinin yaradılması nəzərdə tutulub. Birinci dövlət proqamıı başa çatdıqdan sonra isə artıq 700 min iş yeri yaradılıb. Həmçinin ölkənin elektrik enerjisi təhlükəsizliyi tam təmin olunib. Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə yanaşı digər qonşu ölkələrə də bu enerjini ixrac edib. Bununla da biznes mühitinin yaxşılaşdırılması üçün xırda və orta biznesin inkişafı, həmçinin bir sıra məsələlərin həyata keçirilməsi tamam başa çatdırılıb. İkinci proqamda isə əsasən infrastrukturların genişləndirilməsi və yaradılması məsələsi nəzərdə tutulurdu. Bu infrastrukturların özündə isə həm sosial, həm də investisiya yönümlü infrastrukturların yaradılması var idi. Burada da birinci proqramda olduğu kimi qarşıya qoyulan hədəflərə nail olunub. Xüsusilə, yol infrastrukturu ilə bağlı məsələnin 80 faizi artıq yerinə yetirilib. Qeyd etmək istərdim ki, yol çəkilişi sosial infrastruktur olmaqla yanaşı həmçinin investisiya yönümlü bir sahədir. Azərbaycanda iri sənaye müəssisələrinin, eləcə də digər emal müəssisələrinin yaradılması üçün yol ən vacib şərtlərdən biridir. Bu kimi yoların çəkilişi insanların rahatlığını təmin etməklə yanaşı həm sənayenin ümumilikdə isə iqtisadiyyatın inkişafına səmərə verə biləcək bir addımdır. Bildiyiniz kimi, nəqliyyat və yol xərcləri istənilən məhsulun maya dəyərinə təsir edən amillərdən biridir. Proqramın özündə nəzərdə tutulur ki, neft sektoru ilə yanaşı, qeyri-neft sektrounun inkişafında da ciddi irəliləyişin əldə olunması qarşıya əsas məqsəd kimi qoyulurdu. Eləcə də ötən illərə nisbətən qeyri-neft sahəsində 10 faiz artım əldə olunub.
- Regionların sosial inkişafına dair Dövlət Proqramının icrası bölgələrlə iri şəhərlər, eləcə də paytaxt arasında fərqi aradan qaldıra bilibmi?
- Bildirim ki, birinci Dövlət Proqramın özündə belə Bakı şəhərinin yükünün azadılması nəzərdə tutulurdu. Belə ki, regionlarda iş yerinin, müəyyən infrastrukturanın olmaması ucbatından paytaxta axın daha çox idi. Artıq nəzərdə alınırdı ki, bu sahənin inkişafı ilə axın əksinə Bakı deyil regionlara olunsun. Bununla da şəhərlə kənd arasında olan fərq aradan qalxmalı idi. Hazırda regionlarda yaradılan infrastruktura şəhərlərdən heç də geri qalmır. Belə ki, rayonlarda bütün muasir avasanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri var. Bununla belə gənclərin asudə vaxtlarının səmərəli və mənalı keçirmələri üçün idman kompleksləri yaradılıb. Həmçinin əhalinin içməli su ilə təminatı, kanalizasiya sistemlərinin yeniləri ilə əvəz olunması məsələsi də öz həllini tapıb.
- Sahibkarlığın və regionların inkişafı ilə bağlı dövlətin qarşıya qoyduğu prioritet məsələlərin öz uğurlu nəticəsini verdiyini söyləmək olarmı?
- Ümumilikdə götürdükdə bu proqamların və qarşıya qoyulan məqsədlərin nəticəsini iqtisadi göstəricilərdən aydın sezmək mümkündür. Bu həm büdcə daxilolmalarında, həm Ümumi daxili məhsulun (ÜDM) tərkibində özünü göstərir.
- 2012-ci ildə ölkəmizi iqtisadi yöndən hansı uğurlar gözləyir?
- İlk növbədə 2012-ci il daha çox yadda qalacaq, ona görə ki, bu il Azərbaycanda möhtəşəm beynəlxalq musiqi yarışması olan "Avroviziya" mahnı müsabiqəsi keçiriləcək. Bu yarışma tək mədəniyyət və incəsənət tədbiri deyil, iqtisadiyyatımız üçün də böyük səmərə kəsb edəcək, həmçinin turizmin inkişafına böyük təkan olacaq. Digər tərəfdən 2012-ci ildə Dövlət Proqramında nəzərdə tutulan əksər layihələr başa çatacaq. Ən başlıcası isə bu ildə Azərbaycan dövlətinın öz peykininın fəzaya qaldırılması nəzərdə tutulub. Bu artıq özünü göstərməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB