Millət vəkillərimiz Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
Azərbaycanın millət vəkilləri Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Rusiya Federasiyasının Sank-Peterburq şəhərində, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov isə Moskva şəhərində seçki prosesini müşahidə edəcəklər.
Azərbaycanın millət vəkilləri martın 2-dən 7-dək Rusiyada olacaqlar. Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB