BMT-nin Azərbaycan qaçqınları üçün ayırdığı məbləğ məlum oldu

BMT-nin Azərbaycan qaçqınları üçün ayırdığı məbləğ məlum oldu
BMT Azərbaycan qaçqınları üçün ayırdığı məbləğ məlum oldu. SİA-nın verdiyi xəbərə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Azərbaycan qaçqınları üçün 4.296.141 dollar, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli üçün 384.516 dollar, məcburi köçkünlər üçün 1,234,275 dollar ayrılıb. Ümumilikdə 2012-ci il üçün yardımın həcmi 5.914.932 dollar, 2013-cü il üçün isə 5.921.150 dollar nəzərdə tutulub.

Ermənistana isə 2012-ci il üçün 4.447.602 dollar, 2013-cü il üçün ümumilikdə 4.250.602 dollar yardım ayrılıb.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ehtiyacı olanlara sığınacaq verilməsi sisteminin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Dövlət Miqrasiya Xidməti, Milli Məclis və ölkənin hüquq-mühafizə orqanları ilə məsləhətləşmələri davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə