Türkiyənin siyasi liderləri Xocalı soyqırımından danışıblar

Türkiyənin siyasi liderləri Xocalı soyqırımından danışıblar
Türkiyənin siyasi liderləri Xocalı soyqırımından danışıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 20 il əvvəl ermənilərin hücumu nəticəsində Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 məsum insanın qətlə yetirildiyini bildirib: "Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə anıram. Azərbaycana və bütün azəri qardaşlarımıza onlarla həmrəy olduğumuzu çatdırırıq. Xocalı hadisəsi ötən bazar günü İstanbulda və bir çox şəhərimizdə anıldı və lənətləndi. Xocalını unutmayacaq və unutdurmayacağıq. Qətlə yetirilən qardaş-bacılarımızın yasını tutmağa davam edəcəyik".


Eyni zamanda Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı isə qeyd edib ki, erməni ölüm maşını heç vaxt dayanmayıb: \"Xocalı qürurumuz, heysiyyətimiz, ürək döyüntümüzdür. Xocalıda qan tökən şəxs bu gün Ermənistan dövlətinin başındadır".


Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu isə törədilən soyqırımın insanlıq əleyhinə böyük cinayət olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə