Hyustonda Xocalı qətliamına həsr olunan aksiya keçirilib

Hyustonda Xocalı qətliamına həsr olunan aksiya keçirilib

Hyustonda Xocalı soyqırımının 20 illiyinə həsr olunan aksiya keçirilib. SİA-nın xəbərinə görə, aksiyada iştirak edən soydaşlarımız Xocalı soyqırımı barədə informasiyanın ABŞ cəmiyyətinə çatdırılması barədə şüarlarla çıxış ediblər.Yürüşün təşəbbüskarlarında biri, Hyuston Azərbaycanlıları təşkilatının prezidenti Cavid Zeynalov qeyd edib ki, bizim bu yürüşü keçirməkdə məqsədimiz 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımını bütün dünyaya çatdırmaq və dünya ictimaiyyətinin gələcəkdə bu cür vəhşiliklərin qarşısını almasıdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisiYusif Babanlıilə bildirib ki, 2011-ci ilin mart ayında HR535 qərarı ilə Xocalı soyqırımını tanıyan Texas ştatının Nümayəndələr Palatası günahsız qurbanların xatirəsinə qeyri-məcburi qətnamə qəbul edən ilk parlament oldu. Tədbir Hyuston Azərbaycanlıları, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı və ATA-Hyustonun (Amerika Türkləri Assosiasiyası) dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə