ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq iştirakçıları ilk öncə Ağcəbədi rayon icra hakimiyyətində olublar. Daha sonra cəbhə xəttinə yola düşüblər.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və və şəxsi köməkçi Uilyam Praroy izləyiblər.
Qoşunların təmas xəttində 1 saatdan çox keçirilən monitorinq insidentsiz başa çatıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB