Paytaxtda yaz havası hökm sürür

Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, fevralın 23-də hava şəraitinin əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Fevralın 23-24-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Günorta saatlarında cənub küləyinin güclənəcəyi gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə