Əli Əhmədov: “İranın nota dili ilə danışması qonşuluq münasibətlərinin ümumi fəlsəfəsi və məntiqinə uyğun gəlmir”
"İranın Azərbaycana qarşı növbəti dəfə nota verməsinin heç bir hüquqi əsası yoxdur və belə notaların səsləndirilməsini düzgün hesab etmirəm". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, İranla Azərbaycan qonşu dövlətlərdir və hər iki tərəf münasibətlərin qorunub saxlanması üçün səylər göstərməlidir. Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan tərəfindən İranla münasibətlərin mehriban qonşuluq prinsipləri əsasında davam etdirilməsi üçün səylər göstərilib və bunu təkrar etməyə ehtiyac yoxdur.
"İstərdim kmi, İrana dost dövlət kimi göstərilən münasibətinə uyğun münasibət də İran tərəfindən azərbaycana qarşı nümayiş etdirilsin. İranda çoxlu sayda azərbaycanlılar yaşayır, əhalinin yarıya qədərini etnik azərbaycanlılar təşkil edir. Azərbaycan dövlətinə qarşı hər hansı xoş olmayan münasibətin ifadə olunması İran hökumətinin, dövlətinin öz azərbaycanlı vətəndaşlarına olan hörmətsizliyinin ifadəsidir. Unudulmamalıdır ki, İran vətəndaşlarının əhəmiyyətli bir hissəsini etnik azərbaycanlılardır. Bu da İran-Azərbaycan münasibətlərinə xüsusi bir çalar gətirir. Bunun özü də İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşı qonşuluq, mehribançılıq prinsipləri əsasında qurulmasını şərtləndirən məqamlarddan biridir. Bu mənada nota dili ilə danışmaq bizim qonşuluq münasibətlərinin ümumi fəlsəfsi və məntiqinə uyğun gəlmir", - deyə YAP-ın sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB