Azərbaycan İranın etiraz notasına cavab verib

Azərbaycan İranın etiraz notasına cavab verib

Azərbaycan İranın etiraz notasına cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SİA-ya açıqlamasında deyib ki, İranın fevralın 12-də Azərbaycanın bu ölkədəki səfirinə təqdim olunmuş notasına yazılı şəkildə cavab verib: "Cavabda Azərbaycanın əsaslanmış mövqeyi ortaya qoyulub. Notaya cavab olaraq şifahi səsləndirdiyimiz fikirlər bizim notada da əksini tapıb. Notada Azərbaycanın ünvanına səsləndirilən ittihamların yalan və əsassız olduğu vurğulanır\".

Qeyd edək ki, fevralın 12-də İranın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundova etiraz notası təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə