Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə Rusiyada silsilə tədbirlər keçiriləcək
Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək. SİA-nın xəbərinə görə, bundan əlavə, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən Moskvada "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Rusiyanın ayrı-ayrı regionlarında Xocalı soyqırmının 20-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaq.
Xocalı faciəsinin ildönümü münasibəti ilə tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Kişinyovda da baş tutacaq. İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı "Xocalı ayı" elan olunub. Ukraynada elan olunmuş "Xocalı ayı" tədbirlərinə Xarkovda artıq start verilib. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diasporunun fəallarının, yerli KİV nümayəndələrinin iştirak etdikləri "Xocalı ayı" çərçivəsində ilk anma mərasimində 20 ilin keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilib.
Fevralın 25-də Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək. Fevralın 26-da Minskdə Belarus Azərbaycan İcmaları Konqresi, fevralın 27-də isə Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək, yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar dərc olunacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB