Əbülfəs Qarayev İtaliyanın turizm və idman naziri Pyero Nyudi ilə görüşüb
Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
Nazir P.Nyudi münasib zamanda Azərbaycana səfər etməkdən məmnun olacağını, turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, turizm sahəsində təhsil istiqamətində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Həmin gün, nazir Ə.Qarayev İtaliyanın Mədəniyyət Naziri Lorentso Ornaqi ilə görüş keçirib.
Ə. Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnun olduğunu bildirib. Nazir Ə.Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycanın mədəniyyət günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək Azərbaycanın müasir incəsənət sərgisi haqqında məlumat verib. Ə. Qarayev öz həmkarını Azərbaycana səfərə dəvət edib. O, yaxın illərdə İtaliya ilə həyata keçirilməsi nəzərdə tutulan incəsənət, musiqi və kinematoqrafiya sahələrində bir sıra əməkdaşlıq layihələrinə dair icmal edib.
Nazir L.Ornaqi Romada "Azərbaycan: İpək yolu üzərində odlar yurdu" sərgisinin açılmasından məmnun olduğunu bildirib, İtaliyada Azərbaycan mədəniyyətinə xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini təsdiq edərək, bu istiqamətlərdə Azərbaycan tərəfi ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB