Habil Məlikov: \"Elektrik yarımstansiyasında baş verən qəza yüklənmələrlə bağlıdır\"- AÇIQLAMA

Habil Məlikov: \"Elektrik yarımstansiyasında baş verən qəza yüklənmələrlə bağlıdır\"- AÇIQLAMA
Lerik rayonunun 42 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna ötən gecə Masallı-Telavar-Lerik yüksək gərginlikli elektrik xəttinin keçdiyi 35 kilovoltluq elektrik stansiyasında baş verən qəza səbəb olub. Lerik rayonun Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun SİA-ya verdiyi məlumata görə, hazırda yüksək gərginlikli transformatorda baş verən partlayışla bağlı araşdırmalar aparılır: "Hadisə yerinə \"Azərenerji\"nin nümayəndə qrupu da gəlib. Ərazidə təmir işlərinə başlanılıb. Ümid edirəm ki, günortadan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq". Habil Məlikov rayonda su və mavi yanacağın verilişində hər hansı bir problemin olmadığını bildirdi: "Baxmayaraq ki, ötən gecə rayonda 12-13 dərəcə şaxta qeydə alınıb, lakin ümumilikdə rayona suyun verilməsində problem yoxdur. Səhər saatlarında su xətlərinə baxış keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə