Qaraçuxurda \"Kamaz\"la \"07\" toqquşub

Qaraçuxurda \"Kamaz\"la \"07\" toqquşub
Bakının Qaraçuxur qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəqliyyat küçəsində Rəşad Hacıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanan Kürdəmir rayon sakini Sergey Pənahova məxsus "Kamaz" markalı yük maşınına vurub.

Nəticədə "VAZ-2107" markalı avtomobildə olan sərnişin Sabit Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə