Son günlər hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar qatarların mənzil başına çatmasında ləngimələr yaranmışdı. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, artıq problem aradan qaldırılıb: "Qatarların mənzil başına vaxtında çatmamasına səbəb sərnişinlərin təhlükəsizliyinin təmin etmək idi. Ona görə də, qatarların sürət həddi aşağı salınmışdı. Çünki saxtalı hava şəraitində relslərdə də problemlər yaranır, buda qatarların hərəkətinə təsir göstərir. Hazırda yaranmış neqativ halların qarşısını almaq məqsədi ilə qurumun infrastruktur departamentinin əməkdaşları relslərin təmizlənməsi ilə bağlı tədbirlər görür. Bütün relslər qar və buzdan təmizlənib. Qatarlar cədvəl üzrə hərəkət edirlər".
Aytəkin Məhəmmədqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB