Elman Abdullayev: "Xocalı soyqırımına bütün dünya ictimaiyyəti öz ədalətli, hüquqi qiymətini verməlidir"

Elman Abdullayev: "Xocalı soyqırımına bütün dünya ictimaiyyəti öz ədalətli, hüquqi qiymətini verməlidir"

"Dünya ictimaiyyəti artıq Azərbaycan xalqının ən böyük faciələrindən olan Xocalı soyqırımına müvafiq mövqe bildirməyə və hüquqi şəkildə qiymət verməyə başlayıb. Bu, bizim üçün çox əhəmiyyətlidir". Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayev bildirib ki, bir müddət əvvəl Meksika parlamenti, daha sonra Pakistan Senatı faciəyə hüquqi qiymət verib. "Hesab edirik ki, bu məsələ digər ölkələrin parlamentlərində də müzakirə olunmalı və Xocalı soyqırımına bütün dünya, beynəlxalq ictimaiyyət öz ədalətli, hüquqi qiymətini verməlidir. Bu istiqamətdə fəaliyyət hər zaman davam etdirilməlidir"- deyə o qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, Xocalı soyqırımı yerli qanunverici orqanlar tərəfindən qaldırılır və Azərbaycan da öz tərəfindən dolğun məlumat təqdim edir: "Soyqırım qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq dünya ictimaiyəti tərəfindən belə qiymətin verilməsi çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə