Rayonlara gedən iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Rayonlara gedən iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunda Cəngi qəsəbəsindən başlayaraq yol buz və qarla örtülüb, nəqliyyatın hərəkəti məhdudlaşıb.

Bakı-Quba və digər istiqamətlərə gedən yollar da buz bağlayıb, həmin yollarda yalnız hər iki oxu aparıcı olan avtomobillər, Ağsu aşırımında isə iri yük avtomobillər hərəkət edə bilir. Bakı-Astara yolunda sulu qar yağdığından yollar buz bağlamayıb.


BŞYPİ-si şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi, buzlu yollarda zəncirdən və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etməyi məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə