Prezident İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski bir araya gəlib

Prezident İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski bir araya gəlib

Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin polşalı həmkarı Bronislav Komorovski ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb. Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Bütün xəbərlər Facebook səhifəmizdə