Davosda Azərbaycan-Ukrayna Prezidentıərinin görüşü olub

Davosda Azərbaycan-Ukrayna Prezidentıərinin görüşü olub
Yanvarın 26-da Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Viktor Yanukoviçin görüşü olub. SİA-nın verdiyi məlumata görə,görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Ölkələr arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərin daha da genişlənməsində əhəmiyyəti qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə