Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri xanım Pratibha Devisinqh Patilə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubda bildirilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB