Dövlət Bahçeli: “Qondarma \"erməni soyqırımı\"ndan fayda uman yazıqlar Xocalıdakı soyqırımı heç vaxt dilə gətirməyiblər”

Dövlət Bahçeli: “Qondarma \"erməni soyqırımı\"ndan fayda uman yazıqlar Xocalıdakı soyqırımı heç vaxt dilə gətirməyiblər”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın iclasında Fransa Senatında qondarma \"erməni soyqırmı\"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı çıxış edib. SİA-nın "Huriyyet" ə istinadən verdiyi xəbərə görə, o, Sarkozinin siyasi gələcəyi üçün soyqırım yalanına sığındığını bildirib: "Bizim Partiyamiz Fransanın bu qərarını lənətləyir. Çünki Türk millətinin keçmişində soyqırımı yoxdur\".

Dağlıq Qarabağ münaqişəsinə toxunan millət vəkili bildirib ki, qondarma \"erməni soyqırımı\" yalanından fayda uman yazıqlar Dağlıq Qarabağdakı bəşəri cinayəti, Xocalıdakı soyqırımı, vətənimizdəki erməni dəhşətini heç vaxt dilə gətirməyiblər: "20 yanvar qətliamı kimi tanınan bu acı hadisədə yüzlərlə azərbaycanlı qardaşımız qətlə yetirilib. Ancaq nə rus, nə də ermənilər Azərbaycanın müstəqillik atəşini söndürməyib və şanlı mübarizəsindən döndərə bilməyib. İnşallah, vaxt gələcək, Dağlıq Qarabağ da əsarətdən, işğaldan azad olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə