Təhmasib Novruzov: “Fransanın ATƏT-in Minsk qrupunda vasitəçiliyi məsələsi yenidən gündəmə gətirilməlidir”
\"Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına Azərbaycan dövləti çox ciddi şəkildə reaksiya verməlidir. Bu konkret olaraq Fransanın ermənilərə qarşı beynəlxalq dəstəyinin bariz sübutudur. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları İctimai Birliyinin (AHİB) sədri Təhmasib Novruzov deyib: "Bu ondan xəbər verir ki, Fransa dövləti Qafqaz regionunda Ermənistanın oynadığı rola bitərəf qalmayıb. Belə olan təqdirdə Fransanın danışıqlar prosesində ədalətli vasitəçiliyi qeyri-realdır. Fransanın belə bir mövqe nümayiş etdirməsinə Azərbaycan tərəfi də öz adekvat mövqeyini bildirməlidir. Əsasən də Fransanın ATƏT-in Minsk qrupunda vasitəçilik edib-etməməsi məsələsi yenidən gündəmə gətirilməlidir".
T.Novruzov hesab edir ki, qanun layihəsinin Senatda qəbulu gözlənilən addım idi: "Bu danılmaz faktdır ki, erməni diasporu, lobbisi Fransada özünəməxsus mövqe nümayiş etdirir. Ermənilərin "Daşnaksütyun" partiyasının Fransada fəaliyyətə başlaması, eləcə də Dağlıq Qarabağ probleminin həmin ölkədə gündəmə gətirilməsi bunu deməyə əsas verir. Dünyaya demokratiyadan dəm vuran ölkənin bu qanunu qəbul etməsi ilə qeyri-demokratiklik nümayiş etdirməsi dünyaya meydan oxumaq kimi qiymətləndirilir"-, deyə QHT rəhbəri sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB