Azərbaycan “Qazprom\"a verəcəyi qazın həcmini artırır

Azərbaycan “Qazprom\"a verəcəyi qazın həcmini artırır

2012-ci ildə Azərbaycandan Rusiyaya satılan qazın həcmi 2 dəfə artırılaraq 3 mlrd. kubmetrə çatdırılacaq, 2013-cü ildə isə 3 mlrd. kubmetrdən artıq olacaq. SİA-nın xəbərinə görə, razılaşma bu gün "Qazprom"un sədri Aleksey Miller və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev iştirakı ilə Azərbaycan qazının alqı-satqısı ilə bağlı sənəddə göstərilib. Müqaviləyə əlavənin imzalanması mərasimində Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

"Qazprom"un mətbuat xidmətinin yaydığı xəbərə görə, A.Miller və Rövnəq Abdullayev neft-qaz sahəsində şirkətlərin qarşılıqlı əlaqəsini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, "Qazprom" və SOCAR-ın əməkdaşlığının möhkəmlənməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə