Fazil Mustafa: “İranın düşünülməmiş davranışları davam edərsə...!!” - MÖVQE
\"İran tərəfdən təhdidlər, kiberhücum kimi düşünülməmiş davranışlar davam edərsə, Azərbaycan öz təhlükəsizliyinin təmin edilməsi məsələsini digər ölkələrlə, eləcə də ABŞ-la müzakirə edə bilər\". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası qrupunun üzvü, Milli Məclisin üzvü Fazil Mustafa deyib.
Onun sözlərinə görə, İran qonşu dövlətlərin xarici işlərinə qarışmaqdansa, özünün daxilində islahatlar aparmalıdır: " ABŞ-la münasibətlərin gərginləşməsi fonunda rəsmi Tehranın daxili siyasi, iqtisadi vəziyyəti iflasa doğru gedir. Eyni zamanda dünyada insanların ən acınacaqlı vəziyyətdə yaşadığı rejim İrandır".
F.Mustafa deyir ki, Azərbaycanda İrandan maliyyələşən çoxsaylı qruplaşmaların mövcud olduğuna heç bir şübhə yoxdur: "Çünki İran öz ideologiyasının təbliğ edilməsi üçün çoxlu vəsait sərf edir"- deyə o, əlavə edib.
"Əgər ABŞ-İran arasında müharibə baş verərsə, onun təsiri necə ola bilər?" sualına cavabında millət vəkili: "Burada Azərbaycan qarşı təbii ki, bəlli təhdidlər İran tərəfindən irəli sürülə bilər. Amma bu, Azərbaycan üçün imkan yaradar ki, orada olan Güney Azərbaycan türklərinin haqlarının müdafiəsi istiqamətində konkret addımlar atsın. Bu özü də İranın özünə baha başa gələ bilər. Ona görə də İran məncə, belə bir addıma, riskə getməz, gedə bilməz", - deyə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB