Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib. SİA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Məlumat verilib ki, filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, "Bakı" kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilib. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaqdır. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoyub.
Dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB