Millət vəkili: \"İranı narahat edən Azərbaycanın müstəqil dövlət kimi güclənməsidir\"
"İran hakimiyyət dairələri Azərbaycana qarşı heç bir zaman səmimi olmayıblar, bundan sonra da olacağını düşünmürəm. Çünki bu rejimin mahiyyətində Azərbaycana qarşı qərəzli münasibət dayanır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasını sədri Fəzail Ağamalı deyib. O, hesab edir ki, İranın Azərbaycana qarşı böhtan kampaniyası aparmasının arxasında Azərbaycanda Konstitusiya quruluşunu devirmək və molla rejimi yaratmaq məqsədi durur: "Bu İran molla rejiminin Azərbaycana qarşı avantürasının növbəti təzahürüdür. Azərbaycan dövlətinin İranla mehriban qonşuluq münasibətlərini sürdürməsinə, çox müxtəlif hallarda İrana qarşı bu və ya digər təhdidlərdə qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirməsinə baxmayaraq, İranın molla rejimi daima bunun əksinə hərəkət edir. Bu düşmənçilik münasibəti bu və ya digər rəsmilər tərəfindən dilə gətirilir".
Millət vəkili bildirib ki, İranı narahat edən Azərbaycanın müstəqil dövlət kimi güclənməsidir: "Əlbəttə, bunun səbəbi müəyyən mənada bəllidir. Azərbaycan gücləndikcə, İran əhalisinin 52 faizindən çoxunu təşkil edən Azərbaycan türklərinin müstəqil dövlətə rəğbəti artır. İran rejimi də gözəl başa düşür ki, onların ayağa qalxıb etirazlarını bildirəcəkləri gün uzaqda deyil. Buna çox az qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB