Qazaxıstan parlamenti Məclisinə növbədənkənar seçkilər keçirilir

Qazaxıstan parlamenti Məclisinə növbədənkənar seçkilər keçirilir

Bu gün Qazaxıstan parlamentinin aşağı palatası - Məclisə və vilayət məsləhətlərinə seçkilər keçirilir. Seçki məntəqələri saat 7.00-də açılıb və axşam saat 20.00-də bağlanacaq. Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına 9 milyon 200 min seçici daxildir.

SİA-nın azertag.com saytına isyinadən verilən məlumata görə, növbədənkənar parlament seçkilərində Azərbaycanı Mərkəzi Seçki Komissiyasının üzvləri, TürkPA-nı Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva, MDB Parlamentlərarası Assambleyasını Milli Məclisin üzvü Rüfət Quliyev, MDB İcraiyyə Komitəsinin xətti ilə deputat Aydın Mirzəzadə müşahidəçi kimi təmsil edirlər.

Seçkilərdə "Nur Otan" Xalq Demokratik Partiyası, Qazaxıstan Vətənpərvərlər Partiyası, "Ak jol" Demokratik Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Kommunist Xalq Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası, "Ədalət" Demokratik Partiyası iştirak edir.


***

Qazaxıstanın Baş naziri Kərim Məsimov və parlament Senatının sədri Kayrat Mami Astanada səs veriblər.

K.Mami deyib ki, bu gün Qazaxıstanda çoxpartiyalı parlamentin yaradılması istiqamətində mühüm addımlar atılır. O əmin olduğunu bildirib ki, çoxpartiyalı Məclisin yaradılması qanunverici orqanın rolunu daha da möhkəmləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə