Elnur Əliyev: \"BMT-nin icra etmədiyi məsələlər onun bir təşkilat olaraq nüfuznun aşağı düşməsinə səbəb olub\" - MÜNASİBƏT
Siyasi ekspert Elnur Əliyevin SəsTV-yə müsahibəsi
- Azərbaycan BMT Təhlükəsizlik Şurasında dünyada baş verən proseslərin dinc yolla nizamlanması istiqamətində aparılan müzakirələrə qatılıb. Azərbaycan imkanlarından istifadə edərək növbəti iclaslarda Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün BMT-nin məlum 4 qətnamələrinin icrası məsələlərini qaldıra bilər?
- Təhlükəsizlik Şurası əslində BMT-nin dünyanı idarə edən ən ali qurumudur. Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan 10 dövlət isə iki ildən bir seçilir. BMT Təhlükəsizlik Şurasının 15 üzvünün hamısı istənilən məsələni Şuranın iclasının müzakirəsinə çıxarmaq hüququ var. Yəni Azərbaycan da Rusiya, ABŞ, Çin kimi BMT Təhlükəsizlik Şurasının iclaslarının gündəliyinə istədiyi məsələni sala, müzakirə edə bilər, digər dövlətlərin problemlərini gündəmə gətirə bilər. Lakin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünün veto qoymaq hüququ yoxdur. Yəni burada bir məsələ gündəmə gələrsə, 5 daimi üzvdən biri buna veto qoysa, o məsələ gündəmdən çıxarılar. Ancaq qeyri-daimi üzvün belə bir hüququ yoxdur.
Əlbəttə, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə çox önəmli məqamlar var. Onlardan biri də budur ki, biz 110, daha sonra isə 155 dövlətin daimi səsini qazanmış olduq. Bu o deməkdir ki, BMT-nin 193 üzvündən 155-i bizim daimi tərəfdaşımızdır və istənilən məsələdə biz bu dövlətlərə bel bağlaya, sözümüzü deyə bilərik. Azərbaycanın BMT Baş Assambleyasında 155 səs alması həqiqətən də böyük nailiyyətdir. Regionumuzda bu qədər səs ala biləcək ikinci bir ölkənin olmaması da bizim uğurumuzun miqyasını göstərir.
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz qarşımızda böyük perspektivlər açır və yeni inkişaf strategiyası müəyyənləşdirir. Dünyanın problemlərinin həllində iştirak etməklə yanaşı, biz çalışacağıq ki, regionun da problemlərini həll edək. Dünyanın problemlərinin həllində iştirak etmək üçün çox böyük maddi bazaya malikik.
Eyni zamanda, Azərbaycanın siyasi rəhbərliyinin də uğurlu daxili və xarici siyasəti var. Bunun özü də önəmli amildir və dünya ölkələri bunu qeyd-şərtsiz qəbul edir. Yəni bizim həm böyük valyuta ehtiyatlarımız, həm də müasir dünyanın tələblərinə cavab verən düzgün siyasətimiz var. Bu isə bizə həm də regional problemlərin həllində fəal iştirak etməyə imkan verir.
Mən belə düşünürəm ki, növbəti iclaslarda Dağlıq Qarabağ məsələninin qaldırılması bütövlükdə xarici siyasətimizin əsas prioritetlərindən birini təşkil edir. Bu gün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimidə Azərbaycan növbəti iclaslarda bu məsələni qaldıra bilər. Bu məsələni qaldırılmasında ilk növbədə Azərbaycan öz tərdaşlarına inanır. O inamın nəticəsidir ki, bu gün həmin BMT Təhlükəsizlik Şurasınının qeyri-daimi üzvü kimi qlobal məsələlərin və problemlərin həllində Azərbaycan artıq özünün səs hüququna malikdir. Mən inanıram ki, Azərbaycan gələcəkdə öz maraqları çərçivəsində BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə çıxardıqda bu məsələnin həllinə doğru müsbət addımlar atılacaq.
Ümumilikdə onu deyə bilərəm ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bizim indiyədək gördüyümüz işlərin dünya dövlətləri tərəfində dəstəklənməsinin bariz nümunəsidir.
- BMT Təhlükəsizlik Şurasında Azərbaycan Xocalı soyqırımının tanıdılması məsələsini qaldıra bilərmi?
- Xocalı soyqırımının dünya ictimaiyyətinin müzakirəsinə çıxarılmasının artıq zamanı çatıb. Uzun müddət öncə Xocalı soyqırımının tanıdılmasına başlanmalı olsa da mənim fikrimcə indiki məqamda bu məsələnin həllinə başlamaq daha düzgün olar. Çünki artıq Azərbaycana dost ölkələrin sayı artıb. Bu baxımdan da Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu vəziyyətdən müsbət yararlanaraq çalışacaq ki, iki il müddətində bu məsələni gündəmə gətirib dünya ictimaiyyətinə çatdırsın.
- BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin hələ də icra olunmaması həmin qurumun nüfuzunu aşağı salmır ki?
- Sözsüz ki, bu qətnamələr 20 ilə yaxındır qəbul olunub. Lakin bunlar qətnamə olaraq kağız üzərində qalıb və heç bir nəticə verməyib. BMT beynəlxalq təşkilat kimi özün işlək mexanizmini işə sala bilər. Məhz bu səbəbdən 20 ilə yaxın bir müddətdə BMT-nin icra etmədiyi bu məsələ onun Cənubi Qafqaz regionunda bir təşkilat olaraq nüfuznun aşağı düşməsinə səbəb olub. BMT Təhlükəsizlik Şurası bir təşkilat olaraq dünyada sülhün, əmin-amanlığın yaradılmasında və təhlükəsizliyin qorunmasında aparıcı bir orqandırsa, o bu məsələnin həllində öz qəti mövqeyini göstərməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB