İranın xarici işlər naziri Əli Əkbər Salehi İran və "5+1" qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə nüvə problemi ətrafında danışıqların bərpasına ümid etdiyini bildirib. "Biz ümid edirik ki, danışıqlar tərəflərin hamısı tərəfindən razılaşdırılmış yerdə, məncə, Türkiyədə keçiriləcək", - nazir deyib.
Əli Əkbər Salehi bu bəyanatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib. O, Əfqanıstana dair konfransda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla qısa dialoqunu da xatırladıb: "Mən Ketrin Eştona dedim ki, danışıqların keçirilməsi üçün yer və vaxt təklif edilmin".
Qeyd edək ki, tərkibinə ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın daxil olduğu "altılıq" ölkələri 2003-cü ildən İranla uranın zənginləşdirilməsi işlərinin dayandırılması ətrafında danışıqlar aparır. Lakin 2009-cu ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranı uranın zənginləşdirilməsi üçün ikinci zavodun tikintisində ittiham etdikdən sonra danışıqlar dayandırılıb.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı pərdəsi altında nüvə silahı yaratmaq günahlandırırlar. Tehran isə israrla bəyan edir ki, nüvə proqramı yalnız ölkənin elektrik enerjisi ilə təmin edilməsinə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB