"Gürcüstana və Azərbaycana olan səfərim çox məhsuldar oldu. Səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə Şərq Tərəfdaşlığı proqramının gerçəkləşməsinə maraq çoxdur və Avropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir". SİA-nın xəbərinə görə, bu barədə Avropa Xalqları Partiyasının sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında yaydığı məlumatda yer alıb.
Məlumatda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev ilə çox dəyərli görüşümüz oldu. Biz Avropaya inteqrasiya, Avropa Birliyi ilə əməkdaşlıq, Avropanın enerji təminatında və təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rol və s. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosial və siyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa Birliyi, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olub. Mən, müxtəlif dinlərin və onların icmalarının dinc və harmoniya şəklində birgə yaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, Azərbaycan bir nümunədir." – deyə Uilfred Martens əlavə edib.
Qeyd edək ki, Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin, Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa Birliyinə daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB