Rusiya və İran prezidentləri Dmitri Medvedev və Mahmud Əhməninejat Xəzərin hüquqi statusu məsələsini müzakirə ediblər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər İranın nüvə fəaliyyəti ilə bərabər Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənib hazırlanmasını, Xəzər problemlərinin həllini müzakirə ediblər.
Yaxın Şərqdə o, cümlədən Suriyda baş verən son hadisələrə gəlincə prezidentlər mövcud vəziyyətin dünya üçün problem olduğunu, yaranan düyünün yaxın zamanda çözülməsi istiqamətində birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB