YAP “Hərəyə bir ağac əkək” şüarı altında ağacəkmə kampaniyası keçirir-FOTOSESSİYA
2012-ci ilin gəlişi münasibəti ilə 8 sot ərazidə 2012 ədəd şam ağacı əkilib. Yeni Azərbaycan Partiyasının sədr müavini,icra katibi Əli Əhmədov keçirilən ağacəkmə kampaniyasını yüksək dəyərləndirdiyini deyərək bu işin gələcəkdə də davam etdiriləcəyini bildirib: "Bu gün simvolik olaraq 2012 ədəd ağac əkilir. Bu gün bu tədbiri keçirmək çox vacibdir. Çünki Ümummilli liderimiz Heydər Əliyev ənənələrini davam etdirmək hər kəsin borcudur. Bunula yanaşı bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxtın ekologiyasının təmizlənməsində vacib rol oynayacaq".
Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Seymur Orucov da bu cür tədbirlərə gənclərin qatılmasını yüksək qiymətləndirdiyini deyir: "Biz hər il olduğu kimi bu il də ağacəkmə kampaniyasına həvəslə qatılmışıq. Çünki bu gənclərin fəaliyyətində xüsusi önəm daşıyır. Millətini, xalqını və dövlətini sevən hər bir gənc bu cür aksiyalara qoşulmaqla cəmiyyətə xeyir verə bilər. Biz Azərbaycan gəncləri olaraq fəxr edirik ki, Ulu Öndərimizin qoyduğu ənənəni davam etdiririk".
Qeyd edək ki, millət vəkilləri Hadı Rəcəbli, Bahar Muradova, Məlahət İbrahimqızı, Abel Məhərrəmov da "Hərəyə bir ağac əkək" şuarı altında ağac əkənlər sırasında idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB