Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ərşad Həsənov 17 saylı Cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
14 saylı Cəzaçəkmə Müəssisəsinin rəis vəzifəsini isə hazırda müvəqqəti olaraq rəis müavini Nazim Kəngərli icra edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB