YAP Suraxanı rayon təşkilatının VIII konfransı keçirilib - FOTOSESSİYA

YAP Suraxanı rayon təşkilatının VIII konfransı keçirilib - FOTOSESSİYA

Bu gün Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının VIII konfransı keçirilib.

Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın hesabat dövr ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. V.Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır.

V.Seyidov bildirib ki, hazırda təşkilatın üzvlərinin sayı 7 min nəfərdən artıqdır. Daha sonra rayon təşkilatının nəzarət təftiş qrupunun sədri Kəmalə Qurbanova çıxış edib.

Konfrans nümayəndələrindən Fərqanə Mehdiyeva və Məşhur Mirzəyev çıxış edərək hesabat dövründə YAP Suraxanı rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. M.Mərdanov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. M.Mərdanov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 560 min nəfərə yaxın olduğunu qeyd edib.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib. Partiyanın Suraxanı rayon təşkilatının fəaliyyətinə gəlincə, İ.Abasov təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etdiklərini bildirib. O Suraxanıda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da məlumat verib.

Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Vüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib. Həmçinin, rayon təşkilatının yeni tərkibdə şura və idarə heyəti də müəyyənləşdirilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə