Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti sessiyası 2012-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
TürkPA-nın baş katibi Ramil Həsənov bildirib ki, iclasda Assambleya katibliyinin fəaliyyəti, görülən işlər və perspektiv planlar, eləcə də TürkPA-nın komitələrinin iclaslarında müzakirə olunmuş məsələlər müzakirə ediləcək. Komitə sədrlərinin məruzələri dinləniləcək.
Bu iclasda sədrliyin Qazaxıstandan Qırğızıstana keçəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda TürkPA-ya sədrliyi Qazaxıstan Senatı edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB