Fransa parlamentində qəbul olunan qondarma \"soyqırımı\"nın inkarı qanununun müəllifi Valerie Boyer danışdı
Fransa parlamentində qəbul olunan qondarma \"erməni soyqırımı\"nın inkar edilməsinin cinayət hesab edilməsi barədə qanunun müəllifi Valerie Boyer bu gün parlamentə bayram əhvalı ilə gəlib. İqtidar partiyası Xalq Hərəkəti Birliyi (UMP) millət vəkili Valerie Boyer mübahisəli qanun layihəsini müdafiə edən çıxışı zamanı qeyd edib: \"Bəzi ölkələr 1915 hadisələrini inkar edərək bu cinayətə ortaq sayılır. 1914-ci ildəki ermənilərin üçdə ikisi qətl edilib. Sizdən dəstək gözləyirəm\". Qarşı tərəfin sərt reaksiyalarına cavab olaraq isə Valerie Boyer Türkiyənin diplomatik hədələrinin qəbul edilməz olduğunu, bu iqtisadi sanksiyanın Dünya Ticarət Təşkilatı və Avropa İttifaqı qaydalarına zidd olduğunu bildirib. \"Fransa iş adamları, Türkiyənin santajlarına boyun əyməyin. Bu hədələr Türkiyə kimi böyük bir dost ölkəni gözdən salır\". Nikola Sarkozinin yaxın silahdaşı kimi tanınan Valerie Boyer Əlcəzair vətəndaşlarının qətliamına da toxunub. Çıxışı zamanı o fransızların 476-il bundan öncə Əlcəzair vətəndaşlarına qarşı soyqırımı törətmədiyini deyib. Maraqlıdır atası Əlcəzairli, anası Tunisli, özü isə 1962-ci ildə Fransada anadan olan Valerienin \"erməni soyqırımı inkar qanunu\"nu parlamentə təqdim edib, onu bu cür müdafiə etməsinin əsas səbəbi nədir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB