Milo Çukanoviç: “İki ölkənin hakim partiyaları arasında müqavilənin imzalanması müasir Azərbaycan və Monteneqro üçün çox əhəmiyyətlidir”
Yeni Azərbaycan Partiyası ilə Montaneqronun Sosial Demokrat Partiyası arasında imzalanan sənəd ölkələr və partiyalar arasındakı qarşılıqlı əlaəqlərin daha da genişlənməsinə təkan verəcək. SİA-nın xəbərinə görə, bunu Montaneqronun Sosial Demokrat Partiyasının sədri Milo Çukanoviç deyib. O bildirib ki, bunlar əməkdaşlığın təməlini qoymaqla yanaşı, gələcəkdə əlaqələrin inkişafında da çox böyük rol oynayacaq. Qonağın sözlərinə görə, o bunu həmçinin dövlətlərin və iki ölkə arasındakı dostluğun birləşməsi kimi qiymətləndirilir.
"Hesab edirəm ki, bizim gələcək üçün çox böyük perspektivlərimiz var. Bu gün Azərbaycanla Monteneqro arasındakı əlaqələr yüksək səviyyədədir. Beynəlxalq səviyyədə həyata keçirilən işlər və layihələr qurulan əlaqələrə daha da şərait yaradacaq. İqtisadi, mədəniyyət, bir sözlə bütün sahələrdə iki ölkə və xalqlar arasında əlaqələr yüksələn xətlə davam edir. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması müasir Azərbaycan və Monteneqro üçün çox əhəmiyyətlidir. Ötən gün Monteneqronun dostu olan prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər də gələcək dostluq münasibətlərinin daha genişlənməsinə səbəb olacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB